Gələcəyin Texnologiyası

Biznesinizi gələcəyə daşıyan proqram həlləri.

ATOM ailəsi ilə biznes proseslərinizi avtomatlaşdırın, sənəd dövriyyəsini rəqəmsallaşdırın və komandanızın məhsuldarlığını artırın.

ERP Dashboard Dashboard
80+
Layihələr
30+
Müştərilər
10+
Əməkdaşlar
1000+
Redbull Bankaları

Partnyorlarımız

Partner 1 Partner 2 Partner 3 Partner 4 Partner 5 Partner 6
Team Code

Biz kimik və nə edirik?

Biz sadəcə bir proqramlaşdırma şirkəti deyilik. Biz, rəqəmsal dünyanın sərhədlərini genişlədən, Azərbaycanın ən parlaq beyinlərini bir araya gətirən və mürəkkəb ideyaları real, funksional və dəyər yaradan texnoloji həllərə çevirən bir laboratoriyayıq.

Missiyamız — hər bir layihədə mükəmməlliyə nail olmaq və tərəfdaşlarımızın biznesini qlobal standartlara daşımaqdır. ATOM Lab — ideyalarınızı texnologiyaya, texnologiyanı isə dəyərə çevirir.

Təklif etdiyimiz həllər:

  • Biznes Proseslərinin Avtomatlaşdırılması — təşkilatın daxili iş axınlarını sürətləndirən və insan səhvlərini minimuma endirən xüsusi proqram həlləri.

  • Telegram Botlar — təşkilatın proqramlarının əsas funksiyalarına istənilən yerdən interaktiv giriş imkanı yaradan ağıllı bot həlləri.

  • Məzmun Yükləmə və Veb Analiz — internet resurslarından məlumat toplanması, analitika və qərar qəbuletmə üçün statistik hesabatların hazırlanması.

ATOM Logo

Biznesinizə uyğun olanı seçin

Təqdim etdiyimiz ATOM proqram həlləri

Korporativ idarəetmədən tutmuş, sənəd dövriyyəsi və tam avtomatlaşdırmaya qədər vahid ekosistem.

ATOM Tasks&Tickets

Tapşırıq və müraciət idarəetməsi

  • Əsas modullar: Tapşırıq, layihə, satış, maliyyə, anbar və HR.
  • Sektor uyğunlaşdırılmış: Spesifik fəaliyyət növləri üçün xüsusi modullar.
  • Çevik inteqrasiya: Daxili və xarici sistemlərlə problemsiz əlaqə.
Ətraflı
ERP Dashboard
DMS System
ATOM DMS

Sənəd Dövriyyəsinin Rəqəmsal İdarəetməsi

ATOM DMS — dövlət və özəl müəssisələrin sənəd dövriyyəsini müasir tələblərə uyğun şəkildə rəqəmsallaşdıran idarəetmə platformasıdır. Sənəd dövriyyəsini daha sürətli, təhlükəsiz və effektiv edir.

  • Standartlara tam uyğunluq və İDDA-ilə inteqrasiyası.
  • Avtomatlaşdırılmış bildirişlər və Rəqəmsal Arxivləşdirmə.
  • Mobil və veb istifadə, insan səhvlərinin minimuma endirilməsi.
Ətraflı
ATOM Codex

Sənədlərin Rəqəmsal Saxlanması və Axtarışı

ATOM Codex təşkilatın bütün sənədlərinin təhlükəsiz saxlanması və asan axtarışı üçün nəzərdə tutulmuş arxiv sistemidir. İnteqrasiya olunmuş OCR texnologiyası mətn məzmununu avtomatik çıxarır.

AI üzrə axtarış

Suni intellekt üzrə semantik axtarış

Güclü Axtarış

Ad, tarix, məzmun və digər meyarlarla sürətli tapmaq imkanı.

OCR Texnologiyası

Skan edilmiş sənədlərdən mətn çıxarışı və indeksləşdirmə.

Təhlükəsiz Saxlama

Hüquqi və daxili tələblərə uyğun etibarlı arxivləşdirmə.

Ətraflı
Digital Archive
Robot Bot
ATOM Automation Bot

Süni İntellekt və Avtomatlaşdırma

Təşkilatın təkrarlanan və vaxt aparan proseslərini avtomatik icra edən ağıllı bot həllidir. İnsan müdaxiləsi olmadan iş axınlarını idarə edir, səhv riskini minimuma endirir.

  • Təkrarlanan tapşırıqların avtomatik icrası.
  • ERP, DMS və digər sistemlərlə problemsiz inteqrasiya.
  • Real vaxt izləmə və avtomatik hesabatlar.
  • Genişlənə bilən struktur və audit izi.

Bəzi müştərilərimiz

Customer 1 Customer 2 Customer 3 Customer 4 Customer 5

Bizimlə Əlaqə

Layihənizi müzakirə etmək və ya məhsullarımız haqqında ətraflı məlumat almaq üçün bizə yazın.

Əlaqə məlumatları

Əlaqə nömrəsi

+994 51 3757036

Ünvan

Bakı, Babək Plaza,
Blok C, 3-cü mərtəbə